CROSSMEDIA - Gürcüstanda yeni prezident seçilib
Xarici xəbərlər

Gürcüstanda yeni prezident seçilib

Gürcüstanın yeni prezidenti keçmiş parlament üzvü, vaxtilə məşhur futbolçu olmuş Mixail Kavelaşvili olub.

Crossmedia.az xəbər verir ki, o, 300 nəfərlik seçki kollegiyası tərəfindən seçilib.

Hakim “Gürcü arzusu” partiyasının namizədi Kavelaşvili 224 səs toplayıb. Müxalifət seçkiləri boykot edib.

Xatırladaq ki, 53 yaşlı Kavelaşvili əvvəllər Gürcüstan millisi, Tbilisi “Dinamo”, “Alaniya Vladiqafqaz”, “Mançester Siti” və İsveçrənin aparıcı klublarında çıxış edib. 2018-ci ildən hakim partiyadan millət vəkilidir.

Qeyd edək ki, yeni prezidentin andiçmə mərasimi dekabrın 29-na təyin edilib.

Gültac Mehdizadə 

15:17 14.12.2024

Oxunuş sayı: 4098

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR