Ukraynanın Aİ-yə üzvlük danışıqlarına başlayacağı tarix açıqlanıb
Avropa İttifaqı (Aİ) iyun ayında Ukrayna ilə üzvlük danışıqlarına başlaya bilər.
Crossmedia.az xəbər verir ki, bunu Avropa Komissarı Marta Kos deyib.
O, həmçinin qeyd edib ki, bu məsələ ilə bağlı Macarıstan baş naziri Peter Maqyardan müsbət mesaj alıb.
Qeyd edib ki, o, bütün Aİ namizəd ölkələri ilə bərabər səviyyədə davranmağa hazırdır.
18:18 11.05.2026
Oxunuş sayı: 58