Trampın komandası atəşkəs üçün çalışır
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın komandası prezidentliyinin ilk günündə atəşkəsə nail olmağı qarşısına məqsəd qoyaraq Ukraynada müharibənin mümkün sona çatması ilə bağlı danışıqlar aparır.
Crossmedia.az xəbər verir ki, NBC telekanalının məlumatına görə, amma hələ ki, Ukrayna hökumətinə konkret planlar təqdim edilməyib.
Mənbələr qeyd edir ki, Tramp Ukrayna Silahlı Qüvvələrinin cəbhədəki hazırkı uğurlarına görə Ukraynadan daha çox Kremlin mövqeyində çətinliklər görür. Eyni zamanda, Tramp komandası yəqin ki, Ukraynanın NATO-ya daxil olmaq istəyini dəstəkləməyəcək, lakin alyansın bəzi ölkələrinin təhlükəsizlik zəmanətləri nəzərdən keçirilir.
12:24 14.12.2024
Oxunuş sayı: 5361