Özbəkistan Prezidenti ölkədə vahid sosial kartın tətbiq olunacağını elan edib
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev 2025-ci ildən etibarən ölkədə vahid sosial kartın tətbiq olunacağını elan edib.
Crossmedia.az xarici KİV-ə istinadən xBu kart doğum şəhadətnaməsi, əlillik və tələbə biletləri də daxil toplam 10 sənədi əvəz edəcək.
Kart vasitəsilə avtobus və metrodan pulsuz istifadə etmək, elektrik enerjisi, qaz və təhsil üçün kompensasiya almaq, eləcə də müavinət və sosial yardım almaq mümkün olacaq.
Bundan əlavə, növbəti il dövlət büdcəsindən 185 milyard sum tibbi sığorta fondu üçün ayrılacaq, bu vəsait ehtiyacı olanların əməliyyat xərclərinin ödənilməsinə sərf olunacaq.
11:51 14.12.2024
Oxunuş sayı: 5701