Bolqarıstan Qazprombank vasitəsilə qaz tranziti üçün pul alır
Macarıstan və Bolqarıstan ABŞ-ın Qazprombank-a qarşı sanksiyaları kontekstində Rusiya qazının Bolqarıstan ərazisindən Macarıstana tranzitini davam etdirmək üçün tərəflər üçün hüquqi və maliyyə baxımından məqbul həll yolu tapıblar.
Crossmedia.az xəbər verir ki, bu fikirləri Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto deyib.
"Macarıstan Rusiyaya qazının pulunu Qazprombank vasitəsilə ödəyir, Bolqarıstan isə Qazprombank vasitəsilə qaz tranziti üçün pul alır və tərəflər sanksiyalara məruz qalmayan həll yolu tapmağa nail olublar.
Macarıstan Rusiya qazını Rusiyadan Türkiyəyə - “Türk axını” qaz kəməri ilə, daha sonra Bolqarıstandan keçərək Macarıstana tranzitlə alır"-deyə bildirib.
18:45 13.12.2024
Oxunuş sayı: 6540