İlon Mask xeyriyyə fondu 237 milyon dollar ianə edib
İlon Maskın xeyriyyə fondu 9,5 milyard dollar dəyərində aktivlərə malik olub və 237 milyon dollar məbləğində ianə edib. Bu məbləğin əksər hissəsi dünyanın ən zəngin insanı tərəfindən idarə olunan digər təşkilatlara yönəldilib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu rəqəmlər Mask Fondu tərəfindən təqdim edilmiş və cümə axşamı Bloomberg News tərəfindən əldə edilən son vergi bəyannaməsində əks olunub.
İllik hesabat göstərir ki, fond Tesla Inc.-in səhmlərindən əldə etdiyi milyonlarla dollarlıq gəlirdən faydalanıb və 137 milyon dolları Maskın digər qeyri-kommersiya təşkilatı olan The Foundation (Fond) üçün ayırıb. Bu fond əsas məqsəd kimi STEM yönümlü ibtidai və orta məktəb yaratmağı qarşısına qoyub.
Saida Ramazanova
13:31 13.12.2024
Oxunuş sayı: 4094