Tuapse terminalı sıradan çıxarsa... Rusiya nə itirəcək?
Qara dənizin sahilində yerləşən Tuapse dəniz terminalı son həftələrdə ardıcıl hücumların hədəfinə çevrilərək regionda təhlükəsizlik balansının nə qədər kövrək olduğunu bir daha ortaya qoyur.
Strateji enerji və logistika mərkəzi kimi çıxış edən bu obyektə qarşı dron zərbələrinin intensivləşməsi artıq təkcə hərbi deyil, həm də iqtisadi və siyasi mesaj kimi oxunur.
Belə bir obyektin sıradan çıxarılması ehtimalı isə Rusiyanın enerji ixracı, regional təsir imkanları və daxili sabitliyi baxımından ciddi suallar doğurur.
Mövzu ilə bağlı ReAl partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Crossmedia.az-a açıqlama verib:

“Rusiya enerji daşıyıcıları bazarında, hücumlardan sonra neft satışı iki dəfəyə yaxın düşüb. Əvvəl gündə 7-8 milyon barel neft satan Rusiya indi 5 milyon satır. Təbii ki, nefti nə qədər az satırsa, o qədər az qazanır. Nə qədər az qazanırsa, müharibəyə də az xərcləyir.
Ukraynanın atdığı addımların da məntiqi budur. Bu hal Rusiyanın tamamilə neft gəlirindən məhrum olması demək deyil. Dünyada qiymətlərin çox yüksək olması Rusiya üçün itkiləri konpensassiya edir”.
Ayhan
14:38 01.05.2026
Oxunuş sayı: 51