Türkiyə ABŞ-yə xəbərdarlıq edəcək
Türkiyə ABŞ-a PKK-ya bağlı qüvvələrin Suriyanın şimalında mövcudluğuna son qoyması üçün xəbərdarlıq edəcək.
Crossmedia.az CNN Türk-ə istinadən məlumat verir ki, əks halda, Ankaranın özü bölgəni terrorçulardan təmizləmək üçün tədbirlər görəcək.
Türkiyə tərəfinin bu mesajı Ankarada xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Entoni Blinken arasında sabaha planlaşdırılan danışıqlarda səslənəcək.
16:41 12.12.2024
Oxunuş sayı: 6026