Cənubi Qafqaz

Fransa Ermənistanı silahlandırır: Cənubi Qafqazda yeni gərginlik ocağı?

Azərbaycan-Fransa münasibətləri son dövrlərdə yeni bir gərginlik müstəvisinə daxil olub. Fransa Ermənistanı silahlandırır və bunun arxasında Cənubi Qafqazda regional təsir imkanlarını genişləndirmək cəhdləri dayanır.

Mövzu ilə bağlı siyasi şərhçi Əziz Əlibəyli Crossmedia.az-a verdiyi açıqlaması zamanı bildirib ki, Fransanın silahlandırma siyasəti beynəlxalq hüququn prinsiplərinə zidd olmaqla yanaşı, onun revanşist mövqeyindən də xəbər verir:

“Afrika və müstəmləkə ölkələrində təsirini itirən, beynəlxalq arenada nüfuzunu zəiflədən Fransa, Qafqaz regionunda yeni təsir zonası yaratmaq istəyir. Ermənistanı bu siyasətində müttəfiq kimi görən Fransa həm Türkiyəyə, həm də Azərbaycana qarşı balans yaratmaq niyyəti güdür. Azərbaycan, bu silahların hansı ölkələr vasitəsilə və hansı kalibrdə gətirildiyindən xəbərdardır və cavab addımları atmaq iqtidarındadır. İstər regional, istərsə də beynəlxalq səviyyədə bu qanunsuzluğa qarşı tədbirlər görmək üçün müəyyən mexanizmlərə malikdir”.

Ə.Əlibəyli həmçinin vurğulayıb ki, Fransanın regionda gərginliyi artırmaq cəhdləri həm də onun siyasi-hüquqi məsuliyyətini artırır:

“Əgər yaxın dövrlərdə bölgədə yeni toqquşmalar baş verərsə, bunun əsas məsuliyyəti Fransa üzərində qalacaq. Bakı açıq şəkildə Fransanın Ermənistanı təhrik etdiyini və regionu yeni münaqişə zonası kimi formalaşdırmaq istəyini ifşa edir”.

“Azərbaycanın bu məsələdəki qətiyyətli mövqeyi göstərir ki, Ermənistanı silahlandırmaqla bölgədə sabitlik təmin etmək mümkün deyil. Əksinə, bu addımlar, Cənubi Qafqazda uzunmüddətli sülh perspektivlərini təhlükə altına alır”, - deyə siyasi şərhçi qeyd edib.

Aytac Bəhruzqızı 
 
 
 
 
 

16:32 12.12.2024

Oxunuş sayı: 5151

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR