Rusiya Ukraynaya yeni "Oreşnik" raketi ata bilər
Rusiya yaxın günlərdə Ukraynaya qarşı yeni "Oreşnik" raketi ilə hücum edə bilər.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pentaqon rəsmisi Sabrina Sinq açıqlama verib.
“Putin açıq şəkildə bildirib ki, Rusiya növbəti eksperimental "Oreşnik" raketini atmağa hazırlaşır. Bunun yaxın günlərdə baş verəcəyi ehtimalı var, lakin dəqiq tarix barədə məlumatım yoxdur. Vacib məqam odur ki, əgər Rusiya bu raketi atarsa, bu, cəbhədə vəziyyəti ciddi şəkildə dəyişməyəcək. Bu, sadəcə, Ukraynaya zərər vurmaq və insan tələfatına səbəb olmaq cəhdlərindən biridir. Biz bunu artıq dəfələrlə müşahidə etmişik. Rusiya Ukraynanı qorxutmaq üçün əlindəki bütün silahlardan istifadə edir," - deyə Sinq vurğulayıb.
Sevinc Abuşova
12:59 12.12.2024
Oxunuş sayı: 3985