CROSSMEDIA - SEPAH: Bəşər Əsəd İsrailin hücumundan qorxurdu
Xarici xəbərlər

SEPAH: Bəşər Əsəd İsrailin hücumundan qorxurdu

SEPAH komandiri: Bəşər Əsəd kömək üçün müraciət etmədi, müdaxilə etsək, İsrailin hücum edəcəyindən qorxurdu

Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri İslam İnqilabı Keşikçiləri Korpusu komandanı Məhəmməd Cəfər Əsədi deyib.

O, Bəşər Əsədin devrilməsindən sonra İsrailin Suriyanın bütün hərbi quruluşunu məhv edəcəyini bildirib.

İranın komandanı Türkiyənin Suriyadakı siyasətini də tənqid edib:

"Türkiyə NATO-nun üzvüdür, buna görə də onu ABŞ və Avropadan ayırmamalıyıq. Türkiyə də onlara aiddir və ABŞ-ın məqsədlərinə xidmət edir. ABŞ bu məsələlərə arxa planda maliyyə yatırır."

Qeyd edək ki, 8 dekabrda Təhrir əl-Şam Dəməşqi ələ keçirərək Bəşər Əsədin rejimini sona çatdırıb. Bəşər Əsəd və ailəsi Rusiyaya qaçıb.

Sevinc Abuşova

08:48 12.12.2024

Oxunuş sayı: 3804

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR