CROSSMEDIA - Orban və Ərdoğan görüş keçirəcək
Xarici xəbərlər

Orban və Ərdoğan görüş keçirəcək

Macarıstanın Baş naziri Viktor Orban Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukraynadakı münaqişənin həlli yollarını müzakirə edəcək. 

Crossmedia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə  Macarıstan hökumətinin başçısının mətbuat katibi Bertalan Havaşi məlumat verib. 
O bildirib  ki, görüş dekabrın 12-də Ankarada baş tutacaq.

"Görüşdə Viktor Orban və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cari beynəlxalq məsələləri, Ukrayna və Yaxın Şərqdəki münaqişələri, sülhün bərqərar olunması perspektivlərini, eləcə də Macarıstan-Türkiyə münasibətlərində bir sıra məsələləri müzakirə edəcəklər”,-deyə o bildirib.

Nəzrin Salmanova

15:44 11.12.2024

Oxunuş sayı: 23135

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR