Mətbuat Şurasına üzvlük haqlarının ödənilməsində yaranan problem müzakirə olunub
Mətbuat Şurası (MŞ) Nəzarət-Təftiş Komissiyasının iclasında üzvlük haqlarının ödənilməsində yaranan problem müzakirə olunub.
Crossmedia.az xəbər verir ki, iclası giriş sözü ilə açan komissiya sədri Rey Kərimoğlu gündəlikdə dayanan məsələlər barədə məlumat verib.
MŞ İcraçı katibinin müavini İlqar Tağıyev qurumun maliyyə-təsərrüfat fəaliyyətinə dair hesabatla çıxış edib. Hesabat ətrafında müzakirələrdə əsasən Mətbuat Şurasına üzvlük haqlarının ödənilməsi məsələsi üzərində dayanılıb, bununla bağlı problemlərin olduğu diqqətə çatdırılıb.
Ayrı-ayrı məsələlər barədə komissiya üzvü Elşən Əliyev və qurumun katibi Nadir Azəri bir sıra səmərəliləşdirici təkliflərlə çıxış ediblər.
Həmin təkliflər əsasında Katiblik qarşısında müvafiq tapşırıqlar müəyyənləşdirilib.
18:01 16.04.2026
Oxunuş sayı: 45