CROSSMEDIA - Polis Prezidentin ofisinə basqın etdi
Xarici xəbərlər

Polis Prezidentin ofisinə basqın etdi

Cənubi Koreya polisi çərşənbə günü prezident Yoon Suk Yeolun ölkədə konstitusiya böhranına səbəb olan dekabrın 3-də hərbi vəziyyət elan etməsi ilə bağlı aparılan istintaq çərçivəsində onun ofisində axtarış aparmağa cəhd edib. 

Crossmedia.az “Reuters”ə istinadən bildirir ki, polis gizli xidmətlə axtarış metodu ilə bağlı razılığa gəlmədiyi üçün prezident aparatının əsas binasına daxil ola bilməyib.

Yoon üsyana görə cinayət istintaqı altındadır, lakin həbs olunmayıb və sorğu-sual edilməyib. Keçmiş müdafiə naziri Kim Yonq-hyun və milli polis rəisi də daxil olmaqla bir neçə yüksək vəzifəli məmur hərbi vəziyyət qərarı ilə bağlı həbs edilib. Kim həbsxanada intihara cəhd etsə də, həyatı təhlükədə deyil. Millət vəkilləri onun ləğvini tələb etdikdən sonra Yoon hərbi vəziyyət elanını ləğv edib.

Gültac Mehdizadə

12:41 11.12.2024

Oxunuş sayı: 6217

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR