Peskov: “Putin bu gün beynəlxalq telefon danışıqları aparacaq”
Rusiya prezidenti Vladimir Putin bu gün bir neçə beynəlxalq telefon danışığı keçirəcək.
Crossmedia.az bildirir ki, bu barədə onun mətbuat katibi Dmitri Peskov məlumat verib.
Peskovun sözlərinə görə, bir danışıq səhər, digəri isə günün ikinci yarısında baş tutacaq. Danışıqların mövzusu və iştirakçıları barədə əlavə məlumat verilməyib.
Qeyd edək ki, bundan əvvəl Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriyadakı vəziyyəti müzakirə edib.
Gültac Mehdizadə
12:03 11.12.2024
Oxunuş sayı: 5691