ABŞ polad sənayesində böyük razılaşmanın qarşısını ala bilər
ABŞ prezidenti Co Bayden milli təhlükəsizlik baxımından yapon istehsalçısından Amerika polad şirkətinin alınması təklifini rədd etməyi planlaşdırır.
Bu barədə Crossmedia.az “Bloomberg”ə istinadən xəbər verir.
Xarici İnvestisiyalar Komitəsi dekabrın 22 və ya 23-dək əməliyyatla bağlı rəy verməlidir. Prezidentə qərar qəbul etmək üçün 15 gün vaxt verilir. Əgər sövdələşmə bloklanarsa, tərəflər məhkəməyə müraciət etməyə hazırdır.
Dəyəri 14,1 milyard dollar olan sövdələşmə 2023-cü ilin dekabrında elan edilib. Bu xəbərdən sonra şirkətin səhmləri 10%, bazar dəyəri isə 8,8 milyard dollara düşüb.
Qeyd edək ki, 20-ci əsrin əvvəllərində qurulan şirkət aparıcı polad istehsalçılarından biri olaraq qalır, lakin qlobal bazarda gərgin rəqabətlə üzləşir.
Gültac Mehdizadə
11:29 11.12.2024
Oxunuş sayı: 5783