Tanakadan “nüvə tabusu”nun pozulması barədə XƏBƏRDARLIQ
Dünyanın “nüvə tabu”su və ya nüvə silahından istifadə etməmək barədə açıqlanmayan razılaşma pozulmaq təhlükəsindədir.
Crossmedia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Yaponiyanın atom bombasından sağ qalanlar qrupunun həmsədri 92 yaşlı Terumi Tanaka xəbərdarlıq edib.
Qeyd edək ki, Tanaka Osloda 2024-cü il Nobel Sülh Mükafatının qəbulu mərasimində "nüvəsiz bir dünya yaratmaq” üçün hökumətləri birliyə səsləyib:
"Mən “nüvə tabusu”nun pozulma təhlükəsi ilə üzləşdiyi üçün sonsuz dərəcədə kədərlənir və qəzəblənirəm. Nüvəsiz bir dünya yaratmaq üçün hökümətlər tədbir görməlidir”,-deyə o bildirib.
Nəzrin Salmanova
17:12 10.12.2024
Oxunuş sayı: 23548