Səudiyyə Ərəbistanı İsrailin Qolan təpələrindəki addımlarını qınayıb
Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi İsrailin işğal etdiyi Qolan Təpələrindəki hərəkətlərini pisləyən bəyanat yayıb.
Crossmedia.az xəbər verir ki, XİN İsrailin Qolan bufer zonasını ələ keçirməsini beynəlxalq hüququn kobud şəkildə pozulması adlandırıb.
Bu hərəkətlər Suriyanın ərazi birliyini bərpa etmək səylərini pozur. Səudiyyə Ərəbistanı beynəlxalq ictimaiyyəti Qolanın işğal olunmuş ərəb ərazisi statusunu təsdiqləməyə çağırır.
Qeyd edək ki, Ər-Riyad beynəlxalq ictimaiyyəti növbəti pozuntuların qarşısını almaq və beynəlxalq normalara hörməti təmin etmək üçün tədbirlər görməyə çağırıb.
Gültac Mehdizadə
17:00 10.12.2024
Oxunuş sayı: 3799