Ərdoğan: "Suriya terrorçulardan təmizlənməlidir"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın Baş naziri Ciorcia Meloni ilə telefonla danışıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər regional və qlobal məsələləri, o cümlədən Suriyadakı son hadisələri müzakirə ediblər.
Ərdoğan Türkiyənin sülh, azadlıq, dialoq tərəfdarı olduğunu, Suriyanın ərazi bütövlüyünün qorunmasının vacibliyini qeyd edib.
"Suriya terrorçulardan təmizlənməlidir", - Türkiyə Prezidenti bildirib.
Ərdoğan Ursula fon der Leyen ilə də Suriyadakı vəziyyəti müzakirə edib
16:19 10.12.2024
Oxunuş sayı: 4261