Suriyada müvəqqəti hökumətin başçısından ilk AÇIQLAMA
Suriyada Əsəd ailəsinin 53 il davam edən hakimiyyəti devrildi. İndi isə dünyanın gözü keçid dövrünə yönəlib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Məhəmməd əl-Bəşir Suriyada müvəqqəti hökumətin başçısı təyin edilib. O, “Əl-Hədəs” telekanalında ilk açıqlamasını edib:
“Qərar bu gün silahlı müxalifət rəhbərliyinin nümayəndələri, müxalif xilas hökumətinin üzvləri və keçmiş hökumətin təmsilçilərinin görüşündə qəbul edilib. Bizə müvəqqəti hökumət formalaşdırmaq səlahiyyəti verilib. İlkin olaraq bu, 2025-ci il martın 1-dək həyata keçiriləcək", - deyə o bildirib.
Nəzrin Salmanova
14:55 10.12.2024
Oxunuş sayı: 21994