Xerson “Ölü şəhər”ə çevrilib - Qubernatordan açıqlama
Ukraynanın Xerson şəhərinin qubernatoru Vladimir Saldo, şəhərdəki ağır vəziyyət barədə danışaraq Xersonun faktiki olaraq “ölü şəhər”ə çevrildiyini bildirib. Onun sözlərinə görə, küçələr boş qalıb, sakinlər evlərini tərk ediblər.
Crossmedia.az xəbər verir ki, Saldo, Ukrayna tərəfinin şəhərdəki real vəziyyəti məqsədli şəkildə gizlətdiyini iddia edib.
“Xerson üçün ürək ağrısı çəkirəm. Hətta Ukrayna senzurasından keçən və ictimaiyyətə çatdırılan məlumatlar belə şəhərin ağır vəziyyətini göstərir. Küçələrdə insan yoxdur, şəhər sanki ölüb,” - deyə qubernator RIA Novosti-yə müsahibəsində vurğulayıb.
Saldo, həmçinin, Ukrayna mediasının real vəziyyəti manipulyasiya edərək ictimaiyyətə fərqli və özlərinə sərf edən şəkildə təqdim etdiyini əlavə edib.
Qubernator bundan əvvəl atəşkəsdən sonra Ukraynanın neçə hissəyə bölünə biləcəyini proqnozlaşdırmışdı. Onun fikrincə, ölkə indiki sərhədlərini saxlaya bilməyəcək və Kiyev tezliklə tamamilə suverenliyini itirəcək.
Günəş Məmmədova
11:41 10.12.2024
Oxunuş sayı: 5104