Tiflisdə etiraz aksiyalarının təşkilatçıları prezident seçkilərini pozmağı planlaşdırır
Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti bəyan edib ki, Tiflisdəki iğtişaşların təşkilatçıları 2024-cü il dekabrın 14-nə təyin edilmiş prezident seçkilərini pozmaq niyyətindədirlər.
Bu barədə Crossmedia.az xarici KİV-ə əsasən xəbər verir.
Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, etiraz aksiyaları xarici xüsusi xidmət orqanlarının dəstəyi ilə yerli fəallar tərəfindən əlaqələndirilir və süni hakimiyyət böhranı yaratmaq məqsədi daşıyır.
Dövlət Təhlükəsizlik Xidməti həmçinin qeyd edib ki, etirazlar “rəngli inqilab” ssenarisi üzrə inkişaf edir. Bundan əvvəl eks-məmur Petre Mamradze prezident Salome Zurabişvilini böhran çıxarmaq və hakimiyyəti saxlamaq cəhdində ittiham edib.
Gültac Mehdizadə
11:35 10.12.2024
Oxunuş sayı: 4555