Netanyahu hakim qarşısına çıxarıldı
İsrailin Baş naziri Benyamin Netanyahu ifadə vermək üçün hakim qarşısına çıxıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, vəkilləri vasitəsilə təxirə salınma tələbi rədd edildikdən sonra Netanyahu üç cinayət işinin açılması ilə bağlı Təl-Əviv Bölgə Məhkəməsinə gedib. Onu dəstəkləmək üçün bir çox millət vəkili və nazir məhkəməyə gəlib. Binanın ətrafı baş nazirin əleyhdarları və tərəfdarları ilə əhatə olunub.
İsrailli məhbusların yaxınları məhkəmə binasının girişinə toplaşaraq, əllərində Qəzzada əsir saxlanılan qohumlarının fotoşəkilləri və Netanyahunu ittiham edən plakatlarla etiraz ediblər.
Polis bölmələri məhkəmə binasının qarşısında toplaşan qruplara müdaxilə etmək üçün hazır vəziyyətdə dayanıblar.
Aybəniz Səfərova
11:46 10.12.2024
Oxunuş sayı: 5687