CROSSMEDIA - Lukaşenko Suriyadakı böhranı Belarus üçün dərs adlandırıb
Xarici xəbərlər

Lukaşenko Suriyadakı böhranı Belarus üçün dərs adlandırıb

Belarus prezidenti Aleksandr Lukaşenko Suriyada baş verənlərin ölkəsi üçün dərs olduğunu deyib. 

Crossmedia.az xəbər verir ki, Borisov işgüzar səfəri zamanı prezident Lukaşenko Suriyadakı hazırkı böhranın dünya oyunçuları arasında hakimiyyət uğrunda mübarizəni əks etdirdiyini vurğulayıb və xəbərdarlıq edib ki, Belarus öz müqəddəratını təyin etməlidir.

“Bu, bizim üçün bir dərsdir. Biz öz taleyimizi özümüz təyin etməliyik”, - deyə Lukaşenko qeyd edib və belarusları “ölkələrini xilas etməyə” çağırıb. O, həmçinin əlavə edib ki, Suriya sınaq poliqonuna çevrilib.

Gültac Mehdizadə

11:10 10.12.2024

Oxunuş sayı: 3380

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR