İndoneziyanın Suriyadakı səfirliyi atəşə tutulub
İndoneziyanın Dəməşqdəki səfirliyi Prezident Bəşər Əl-Əsədin devrilməsinə səbəb olan üsyan zamanı atəşə tutulub.
Crossmedia.az xarici mətbuata istinadla məlumat verir ki, hadisə zamanı heç bir İndoneziya vətəndaşı xəsarət aımayıb
“Hazırda Suriyada 1162 indoneziyalı yaşayır. Əsədin ölkədən qaçmasına səbəb olan işğalı zamanı 19 indoneziyalı miqrant işçisi səfirlikdə sığınacaq tapıb”,-deyə İndoneziyanın müdafiə naziri bildirib.
Qeyd edək ki, artan münaqişə ilə əlaqədar olaraq, səfirlik Suriyanın bütün bölgələri üçün ən yüksək təhlükəsizlik xəbərdarlığını verib.
Nəzrin Salmanova
12:34 09.12.2024
Oxunuş sayı: 23765