CROSSMEDIA - Kartapolov: Rusiyanın Suriyadakı bazaları üçün təhlükə yoxdur
Xarici xəbərlər

Kartapolov: Rusiyanın Suriyadakı bazaları üçün təhlükə yoxdur

Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov bildirib ki, Suriyadakı Rusiya hərbi bazaları və qoşunları üçün heç bir təhlükə yoxdur. 
Crossmedia.az İnterfaksa istinadla bildirir ki, onun sözlərinə görə, bütün bölmələr öz mövqelərindədir və komanda tapşırıqlarını yerinə yetirirlər.
"Bu gün orada heç bir problem yoxdur, təhlükəsizlik tam təmin olunub",- deyə Kartapolov vurğulayıb.
Bundan əvvəl, dekabrın 8-də Rusiya Xarici İşlər Nazirliyi Suriya prezidenti Bəşər Əsədin silahlı müxalifətlə danışıqlardan sonra ölkəni tərk etdiyini bildirib. Sonradan məlum olub ki, Əsəd və ailəsi Moskvadadır və ona humanitar səbəblərdən sığınacaq verilib.
Qeyd edək ki, Suriya müxalifəti Dəməşqin tutulduğunu və keçid hakimiyyətinin formalaşmasına başladığını elan edib.

Gültac Mehdizadə

12:21 09.12.2024

Oxunuş sayı: 6186

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR