Banklar bayram günlərində də fəaliyyət göstərəcək
Martın 20–30 tarixlərində olan qeyri-iş günlərində bankların və “Azərpoçt” MMC-nin bəzi filial və şöbələri, habelə valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcəklər.
Crossmedia.az-ın məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib ki, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxışının təmin edilməsi məqsədilə ümumilikdə 18 bankın 280 satış nöqtəsi (o cümlədən, 4 bank üzrə 9 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt” MMC-nin 68 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 9 valyuta mübadiləsi məntəqəsi müştərilərə xidmət göstərəcək.
Bayram günlərində iş qrafiki:
Banklar - https://uploads.cbar.az/press-releases/1a32bfea230c5912598daac99.pdf
“Azərpoçt” MMC - https://uploads.cbar.az/press-releases/4b9aaa5547fe9ea96bff938a8.pdf
Valyuta mübadilə məntəqələri - https://uploads.cbar.az/press-releases/e9296e0c66978d921c89dbc9f.pdf
14:18 18.03.2026
Oxunuş sayı: 44