Gürcüstanda daha bir qadağa təklifi
Gürcüstanda küçədə maska taxmağın qadağan edilməsi müzakirə edilir.
Crossmedia.az xəbər verir ki, bunu "Gürcü Arzusu" partiyasının icraçı katibi Mamuka Mdinaradze deyib.
Təşəbbüs müxalif Pirveli TV telekanalının jurnalistlərinə hücumla bağlıdır. Mdinaradzenin sözlərinə görə, qadağa mitinqlərdə iğtişaşların qarşısını almağa kömək edəcək. Çünki pozucular maska taxdıqları üçün tanınmırlar.
“Mən şəxsən bu təşəbbüslə çıxış edəcəm. Düşünürəm ki, parlament çoxluğundan olan həmkarlarım bunu dəstəkləyəcək”, - deyə o, “İmedi” telekanalına müsahibəsində bildirib.
Gültac Mehdizadə
13:19 08.12.2024
Oxunuş sayı: 8011