Rusiya aviasiyası Suriyadan çıxmağa hazırlaşır
Rusiya Aerokosmik Qüvvələri Suriyadan çəkilmək üçün Latakiyadakı Hmeymim aviabazasında avadanlıq hazırlamağa başlayıb.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, VKS kapitanı İlya Tumanovun sözlərinə görə, bu qərar silahlıların Dəməşqə nəzarəti itirməsindən sonra verilib.
Tumanov qeyd edib ki, aviabazanın şəxsi heyəti yalnız Suriyanın paytaxtının süqutundan sonra təxliyə hazırlığına başlayıb. "Niyə bunun əvvəlcədən nəzərdə tutulmadığı və hazırlanmadığı ritorik sual olaraq qalır"
Avadanlıqların ya Rusiyaya, ya da Afrika ölkələrinə daşınacağı güman edilir. Həmçinin Tumanov "bölgədən gediş üçün heç bir plan yoxdur" deyə bildirib.
Gültac Mehdizadə
11:39 08.12.2024
Oxunuş sayı: 6106