Rusiyanın Suriyadakı hərbi bazaları bağlanır
Suriyada rus qoşunlarının Xmeymim və Tartusdakı bazalardan çıxarılması prosesi başlayıb.
Crossmedia.az bu barədə Əl-Cəzirə telekanalının məlumatına istinadən xəbər verir ki, qruplar Rusiya hərbçilərinə təxliyə üçün iki gün vaxt veriblər.
“Həyat Təhrir əl-Şam” qruplaşmasının rəhbəri Əbu Məhəmməd əl-Culani bununla bağlı bir sıra açıqlamalar verib. O, hakimiyyətin rəsmi ötürülməsi başa çatana qədər dövlət idarələrinin ələ keçirilməsini və “bayram atəşi”ni qadağan edib. Əl-Culani onu da vurğulayıb ki, hakimiyyətin keçidi başa çatana qədər hökumət qurumlarının idarə edilməsi Suriyanın baş nazirinin səlahiyyətindədir.
Qeyd edək ki, vəziyyət inkişaf edir və tərəflərin əlavə bəyanatları gözlənilir.
Gültac Mehdizadə
09:33 08.12.2024
Oxunuş sayı: 6692