İranda kredit həcmi artıb
Cari İran ilinin ilk 8 ayı ərzində (20 mart - 20 noyabr 2024-cü il) banklar və maliyyə qurumları tərəfindən təqdim edilən kreditlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə (21 mart - 21 noyabr 2023-cü il) 19,2 faiz artıb.
Crossmedia.az xəbər verir ki, bu barədə İran Mərkəzi Bankının hesabatında məlumat verilir.
Hesabata görə, göstərilən dövr ərzində İran bankları və maliyyə qurumları müxtəlif sahələrə 32,9 kvadrilyon rial (təxminən 70 milyard dollar) həcmində kredit verib. Halbuki, ötən ilin eyni dövründə bu məbləğ 27,6 kvadrilyon rial (təxminən 58,8 milyard dollar) təşkil edib.
Xidmət sektoruna təqdim edilən kreditlərin həcmi 13,2 kvadrilyon rial (təxminən 28 milyard dollar) olub.
Sənaye və mədən sektorlarına isə ümumilikdə 12,6 kvadrilyon rial (təxminən 26,9 milyard dollar) kredit ayrılıb.
Ticarət sektoruna bu dövrdə 3,53 kvadrilyon rial (təxminən 7,5 milyard dollar) həcmində kredit verilib.
İranın kənd təsərrüfatı sektoru isə 8 ay ərzində 1,89 kvadrilyon rial (təxminən 4,02 milyard dollar) həcmində kredit təqdim edib.
Eyni zamanda, yaşayış və tikinti sektoruna 1,65 kvadrilyon rial (təxminən 3,5 milyard dollar) məbləğində kredit verilib.
Digər sahələrdə isə ümumi həcmi 45,6 trilyon rial (təxminən 97 milyon dollar) olan kreditlər təqdim olunub.
Sevinc Abuşova
09:32 08.12.2024
Oxunuş sayı: 3603