Özbəkistanın badam ixracı artıb
Bu ilin yanvar-oktyabr aylarında Özbəkistan 8 300 ton badam ixrac edib, bu da 14,5 milyon ABŞ dolları dəyərindədir.
Crossmedia.az xəbər verir ki, Özbəkistan Dövlət Statistika Komitəsinin məlumatına görə, badam ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə artıb.
Qeyd olunan dövr ərzində ən çox badam ixracı Pakistana həyata keçirilib – 1 600 ton. Azərbaycana 1 200 ton, Rusiyaya 1 100 ton, Qazaxıstana 861 ton, Qırğızıstana isə 674 ton badam ixrac edilib.
Bundan əlavə, 2024-cü ilin yanvar-oktyabr aylarında Özbəkistan 1,6 milyon ton meyvə-tərəvəz məhsulu ixrac edərək, 1,2 milyard ABŞ dolları gəlir əldə edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14,2 faiz artıb (2023-cü ilin yanvar-oktyabrında 1,4 milyon ton).
Meyvə-tərəvəz ixracı Özbəkistanın ümumi ixrac həcminin 5,5 faizini təşkil edib.
Sevinc Abuşova
10:36 08.12.2024
Oxunuş sayı: 4940