Hakan Fidan nazirlərlə görüşüb
Xarici işlər naziri Hakan Fidan Qətərin paytaxtı Dohada keçirilən 22-ci Doha Forumu çərçivəsində İranın xarici işlər naziri Abbas Arakçı və Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, görüş Türkiyə, Rusiya və İranın yaratdığı Astana Formatı çərçivəsində baş tutub.
Xarici İşlər Nazirliyinin sosial media hesabından verilən açıqlamada Fidanın görüşdə iştirak etdiyi və Suriyadakı son hadisələrin müzakirə edildiyi bildirilib.
Rusiya Xarici İşlər Nazirliyi də görüşün başladığını açıqlayıb.
Gültac Mehdizadə
15:04 07.12.2024
Oxunuş sayı: 6273