Cənubi Uels parlamentində iftar mərasimi təşkil olunub
Avstraliyanın Yeni Cənubi Uels (NSW) ştatının parlamentində iftar mərasimi təşkil olunub.
Crossmedia.az xəbər verir ki, tədbir Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti və Avstraliya Azərbaycan Assosiasiyasının birgə iştirakı ilə baş tutub.
Mərasimdə Avstraliya Azərbaycan Assosiasiyasının nümayəndələri Mikayıl Oyta və Sara Azərsun, eləcə də bir sıra qonaqlar iştirak ediblər. Tədbirə professor Şəmi Nicedi, doktor Mehdi Rəsul, Şimali Kipr Türk Cümhuriyyətinin fəxri konsulu İlkay Yusuf və Şimali Kipr Türk Cümhuriyyəti Assosiasiyasının prezidenti Mügə Hüdaverdi də qatılıb.
Bununla yanaşı, Yeni Cənubi Uels ştatının baş naziri Kris Minns, Türkiyənin Avstraliyadakı səfiri Ufuk Gezer, Türkiyənin Yeni Cənubi Uelsdəki baş konsulu və digər diplomatlar, Yeni Cənubi Uels və Viktoriya ştatlarının parlament üzvləri, həmçinin Parramatta və Auburn şəhərlərinin bələdiyyə başçıları da tədbirdə iştirak ediblər.
Eyni zamanda, Türkiyənin MÜSİAD təşkilatının Yeni Cənubi Uels üzrə rəhbəri, MÜSİAD-ın Avstraliya üzrə sədri və digər ictimai-siyasi xadimlər də iftar mərasimində iştirak edənlər arasında olublar.
Fatimə Məmmədova
15:10 07.03.2026
Oxunuş sayı: 48