Biz Şama iddialıyıq - Colani CNN-ə müsahibə verib
HTŞ lideri Colani CNN-ə müsahibə verib.
Crossmedia.az müsahibədən bəzi məqamları təqdim edir...
"Heyəti Təhriri Əl Şam (HTŞ) adından da göründüyü kimi Şamı fəth etməyə və Şama sahib çıxmağa iddialıdır. Biz başqa ərazilərə və ya ölkələrə iddialı deyilik.
Biz başqa ölkələrdə hətta qonşu ərəb ölkələrində belə kiminsə dininə, düşüncə tərzinə və yaşam tərzinə müdaxilə etmək istəmirik, biz yalnız Suriyanı yenidən qurmaq istəyirik, biz Suriyada birlikdə yaşamağımşn yollarını axtarırıq. Biz yalnız və yalnız Suriyada institutlaşmış hökümət istəyirik".
"Mən İraqa insanları öldürmək üçün yox İraq xalqını qorumaq üçün getmişdim. Mən Suriyada İraqda olanların baş verməsini istəmirəm.
Mən Suriyanın parçalanmasını istəmirəm. Mən Suriyanın bir nəfərdən aslı olmasını istəmirəm. Mən müsəlman və ya qeyri müsəlman hər bir ölkə ilə əməkdaşlıq etməyə və onlara Suriyanın reallıqlarını, suverenliyini qəbul etdirmək istəyirəm".
"Məqsədlərdən danışanda inqilabın məqsədi bu rejimi devirmək olaraq qalır. Bu məqsədə çatmaq üçün bütün mümkün vasitələrdən istifadə etmək bizim haqqımızdır.
Rejimin məğlubiyyətinin toxumları həmişə onun içində olub. İanlılar vaxt qazanaraq rejimi dirçəltməyə cəhd etdilər, sonra ruslar da onu dəstəkləməyə çalışdılar. Amma həqiqət qalır: bu rejim ölüb”.
"İyirmi yaşında olan adam, otuz-qırx yaşında və təbii ki, əlli yaşında bir insandan fərqli bir şəxsiyyətə sahib olacaq və insan il dəyişir, köhnə səhlərini anlayıb və onu bir daha təkrar etməməlidir.
Məhz budur insan müdrikliyi, budur insan təbiəti".
17:27 06.12.2024
Oxunuş sayı: 8017