Feridun Siniroğlu ATƏT-in yeni baş katibi seçilib
Türkiyənin keçmiş xarici işlər naziri və BMT-dəki keçmiş daimi nümayəndəsi Feridun Sinirlioğlu ATƏT-in yeni baş katibi olub.
Crossmedia.az xəbər verir ki, bu barədə təşkilatın fəaliyyətdə olan sədri Maltanın xarici işlər naziri Yan Borq bildirib.
Qeyd edək ki, qərar Şimali Amerika, Avropa və Asiya qitələrindən 57 iştirakçı üzvün razılığı ilə qəbul edilib.
Məlumatda bildirilib ki, əvvəlki baş katibin vəzifə müddəti 2023-cü ildə başa çatmasına baxmayaraq, ölkələr hər hansı bir ad üzərində razılığa gələ bilmədikləri üçün vəzifə müddəti doqquz ay uzadılıb.
Türkiyə mətbuatı bütün üzvlərin Türkiyənin namizədi üzərində razılığa gəlməsi Türkiyəyə olan etimadı əks etdiyini bildirib.
Nəzrin Salmanova
16:46 06.12.2024
Oxunuş sayı: 25489