Tramp ABŞ-da seçki islahatı təklif edib
Donald Tramp şəffaflığın artırılmasına yönəlmiş seçki islahatları planını açıqlayıb.
Crossmedia.az bu barədə Newsweek-ə istinadən xəbər verir.
İlin Patriotu mərasimində Tramp kağız bülletenlərin tətbiqini, bir günlük səsverməni və seçicilərin şəxsiyyət vəsiqəsinin və vətəndaşlığının məcburi yoxlanılmasını təklif edib.
O, Kaliforniyanın şəxsiyyət vəsiqəsi olmadan səs verməyə icazə verən qanununu tənqid edərək, bunu “dayandırılmalı olan cinayət” adlandırıb.
Qeyd edək ki, daha əvvəl milyarder İlon Mask bildirmişdi ki, Trampın prezidentliyi dövründə yeni Hökumətin Effektivliyi Departamenti (DOGE) ABŞ-ın hərbi xərclərini optimallaşdıracaq.
Gültac Mehdizadə
12:43 06.12.2024
Oxunuş sayı: 4015