BMT ləğv olunur: Yerinə yaranacaq təşkilatın adı açıqlandı
Yaxın Şərqdə sülh prosesi uzun illərdir ki, qlobal güclərin diplomatik maraqları ilə üst-üstə düşməyən, mürəkkəb və çoxşaxəli bir oyun meydanına çevrilib. Qəzza bölgəsindəki gərginliklər, regional aktorlar arasında davam edən qarşılıqlı etimadsızlıq və mövcud beynəlxalq institutların təsirsizliyi bu problemi daha da mürəkkəbləşdirir. Bu mənzərədə ABŞ-nin təşəbbüsü ilə yaradılan Qəzza üzrə Sülh Şurası yeni bir diplomatik mexanizm kimi ortaya çıxır – həm BMT-nin əksiklərini doldurmaq, həm də regionda dayanıqlı sülhün təmininə yönəlmiş strateji addım. Sual isə açıq qalır: Bu qurum həqiqətən regiondakı dondurulmuş münaqişələrə effektiv həll gətirə biləcək, yoxsa yalnız mövcud geosiyasi maraqlar çərçivəsində formalaşmış əlavə bir platforma kimi qalacaq?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev bildirib ki, Sülh Şurası fərqli bir məqsəd daşıyır. "Bu qurum Qəzzada sülhün təmin olunması və regionun bərpası məsələsini həll etməyə çalışacaq. BMT uzun illər ərzində faktiki olaraq bu işdə səmərəli fəaliyyət göstərə bilmədi. Bunun səbəbi BMT-nin idarəetmə strukturundakı səhvlər və Təhlükəsizlik Şurasının daimi üzvlərinin veto hüququdur".
Z.Əmrəliyevin fikrincə, ABŞ başa düşdü ki, bu məsələ BMT çərçivəsində tıxanacaq və buna görə də BMT-dən kənar Sülh Şurası adlı yeni bir qurumun yaradılmasına təşəbbüs göstərdi. "Təşəbbüsə bir çox ölkələr dəstək verdi, Azərbaycan isə təsisçi üzv kimi bu quruma qoşulan ölkələrdəndir. Gələcəkdə Sülh Şurası özünü münaqişələrin ədalətli həllində və Qəzzada sülhün bərpasında təsdiq etsə, BMT-nin yerini almaq potensialına malikdir".
Nigar Yahyazadə
11:08 13.02.2026
Oxunuş sayı: 570