NATO PUA donanması yaradır
NATO sualtı infrastrukturun mühafizəsini təmin etmək üçün pilotsuz dəniz nəqliyyat vasitələrinin yaradılmasını gözləyir.
Crossmedia.az xəbər verir ki, bu barədə Alyans Qüvvələrinin Transformasiya üzrə Ali Baş Komandanı Pyer Vandier məlumat verib.
Vandierin sözlərinə görə, onun komandası hazırda layihənin ilkin mərhələsindədir.
Qeyd edilir ki, bu təşəbbüsün məqsədi “Baltik və Aralıq dənizlərində kritik sualtı infrastrukturun qorunmasına kömək etməkdir”.
13:05 04.12.2024
Oxunuş sayı: 5447