CROSSMEDIA - Kosovada elektrik və su niyə kəsilib?
Xarici xəbərlər

Kosovada elektrik və su niyə kəsilib?

Kosova şəhərində güclü partlayış nəticəsində su və elektrik təchizatı müvəqqəti kəsilib.

Crossmedia.az xəbər verir ki, bu barədə Kosovanın baş naziri Albin Kurti məlumat verib.

“Vrage kəndində baş verən partlayış bəzi şəhərlərə və əsas elektrik stansiyalarına su təchizatını dayandırıb. Bu, ölkənin şimalında əsasən etnik serb azlığının yaşadığı ərazidə baş verib”,- deyə o bildirib.

Onun sözlərinə görə, bu hücumlar "rəsmi Belqrad və Milan Radoiçic" ilə əlaqəlidir.

Qeyd edək ki, Radoiçic keçən il Kosovada bir polis əməkdaşının ölümünə səbəb olan atışmada ittiham olunub.

Nəzrin Salmanova 

17:22 30.11.2024

Oxunuş sayı: 27146

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR