Gürcüstan Prezidenti: "Avropa, oyan!"
Gürcüstan Prezidenti Salome Zurabişvili, Tiflisdə etirazlara polisin müdaxiləsini tənqid edərək, "Rus deputatları Avropa idealını məhv edir. Avropa, oyan!" deyib.
Crossmedia.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Tiflisdə və digər şəhərlərdə Aİ-yə üzvlük müzakirələrinin 2028-ci ilə qədər təxirə salınmasına qarşı aksiyalar keçirilib. Etirazçılar polisə daş atıblar. Polis gözyaşardıcı qaz və su şırnağı ilə müdaxilə edib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, 107 nəfər saxlanılıb, 50-dən çox polis yaralanıb.
Hökumət Aİ-ni daxili işlərə qarışmaqda və siyasi təzyiq göstərməkdə ittiham edib. Avropa Parlamenti isə Gürcüstandakı seçkilərdə pozuntular olduğunu bildirərək, yenidən seçki tələb edib.
Elnurə Kərimova
16:14 30.11.2024
Oxunuş sayı: 8318