Anne Wojcicki “bioloji maliyyə piramidası” qurmaqda ittiham edilib
23andMe-nin həmtəsisçisi Anne Wojcicki, milyonlarla insanı aldatmaq və şirkətə milyardlarla gəlir qazandırmaq məqsədilə “bioloji maliyyə piramidası” təşkil etməkdə ittiham olunur.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu iddialar Doktor Cek Kruz tərəfindən irəli sürülüb.
23andMe 2007-ci ildə fəaliyyətə başlayaraq xəstəlik risklərini müəyyən etmək üçün genetik testlər təklif edirdi. Lakin 2013-cü ildə ABŞ Qida və Dərman İdarəsi (FDA) şirkətə xəbərdarlıq edərək, metodlarının elmi əsaslılığını sübut edə bilməyəcəyi təqdirdə satışların dayandırılmasını tələb etdi.
Buna baxmayaraq, 23andMe fəaliyyətini davam etdirdi və 2014-cü ilə qədər yarım milyondan çox insan öz DNT nümunələrini təqdim etdi. Daha sonra istehlakçılar şirkətə qarşı kollektiv məhkəmə iddiası qaldıraraq reklamlarının aldadıcı olduğunu bildirdilər.
Cek Kruz iddia edir ki, müştəri məlumatları üçüncü tərəflərə satılıb və sxem yalnız kiçik bir şəxslər qrupuna fayda verib. 23andMe isə daha əvvəl bu ittihamları rədd etmişdi.
Gültac Mehdizadə
14:02 30.11.2024
Oxunuş sayı: 8075