Tramp Qrenlandiyanın ABŞ üçün vacib olduğunu bir daha bəyan edib
ABŞ-nin prezidenti Donald Tramp Qrenlandiyanın ABŞ-nin bir hissəsi olmasının vacibliyini yenidən vurğulayıb.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, o, Danimarkanın Baş nazirinin ilhaqla bağlı müzakirələrin dayandırılması çağırışlarına baxmayaraq, bu mövqeyində israrlı olduğunu bildirib.
Trampın sözlərinə görə, Qrenlandiya milli təhlükəsizlik baxımından ABŞ üçün strateji əhəmiyyət daşıyır. O, Danimarkanın adanın təhlükəsizliyini təmin etmək imkanlarının məhdud olduğunu düşündüyünü qeyd edib.
Nəzrin Abbas
11:07 05.01.2026
Oxunuş sayı: 1889