Almaniyanın qərarına Rusiyadan cavab
Rusiya Almaniyanın Rusiyanın Birinci kanalının ofisini bağlamasına qarşı tədbir görəcək.
Crossmedia.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Almaniyanın hərəkətləri Avropa ölkələrinin alternativ baxışları qəbul etmək istəməməsi ilə bağlıdır: "Təəssüf ki, bu bizim qarşılaşdığımız reallıqdır".
“Əlbəttə, buna cavab verməyimiz üçün ən yaxşı yolu seçəcəyik”, – Peskov deyib.
Bildirək ki, bu gün Almaniya hökuməti Rusiyanın Birinci kanalının Berlin ofisini bağlamaq qərarı verib.
17:18 27.11.2024
Oxunuş sayı: 4828