CROSSMEDIA - Meksika prezidentindən Amerikaya SƏRT CAVAB
Xarici xəbərlər

Meksika prezidentindən Amerikaya SƏRT CAVAB

"Meksika ötən il ABŞ-a ən böyük ixracatçı ölkə olub. Eyni zamanda ABŞ-dan da Meksikaya idxal kəskin şəkildə artıb”.

Crossmedia.az xaricə KİV-ə istinadən xəbər verir ki, bunu Meksikanın yeni prezidenti Klaudia Şeinbaum deyib. 

“Buna görə də cənab Tramp Meksikadan idxala rüsum tətbiq edərsə, biz də Amerikadan idxala rüsum tətbiq edəcəyik"- deyə Meksika prezidenti əlavə edib.

Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp qanunsuz miqrasiya, narkotik qaçaqmalçılığı ilə əlaqədar Meksika və Kanadadan idxal olunan bütün mallara 25 % rüsum tətbiq edəcəyinə söz verib. 

04:53 27.11.2024

Oxunuş sayı: 4087

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR