Babək Quliyev UEFA-da vəzifə alıb
Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan təyinat alıb.
Crossmedia.az AFFA-ya istinadən xəbər verir ki, O, UEFA Konfrans Liqasının Liqa mərhələsinin VI turu çərçivəsində keçiriləcək "Sparta" (Çexiya) - "Aberdin" (Şotlandiya) görüşünün hakim-inspektoru olacaq.
Qarşılaşma dekabrın 18-də Praqa şəhərində yerləşən "Letna" stadionunda baş tutacaq.
10:18 16.12.2025
Oxunuş sayı: 1271