Azərbaycan Basketbol Liqasında bu gün IX tura yekun vurulacaq
Azərbaycan Basketbol Liqasında bu gün IX tura yekun vurulacaq.
Crossmedia.az xəbər verir ki, turun son günündə bir qarşılaşma keçiriləcək.
"Abşeron Lions" "Neftçi"ni qəbul edəcək. A qrupunun matçı "Sərhədçi" İdman Mərkəzində, saat 16:00-da başlayacaq.
"Abşeron Lions" hazırda 15 xalla qrup ikincisidir. 9 xala malik "Neftçi" 4-cü yerdədir.
Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında "Quba" "Lənkəran"ı (95:87), "Naxçıvan" "Sərhədçi"ni (90:74), "Ordu" "Sumqayıt"ı (106:86), NTD isə "Şəki"ni (93:79) məğlub edib.
10:00 14.12.2025
Oxunuş sayı: 2108