Avropa çempionatında daha dörd boksçumuz qalib gəlib
Almaniyanın Keinbaum şəhərində yeniyetmə boksçular arasında U-17 Avropa çempionatı davam edir.
Crossmedia.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan millisinin daha 4 idmançısı qələbə qazanıb.
Qardaş Rəhimov (46 kq) 1/8 finalda Hasan Pehlivan Uçaqla (Türkiyə) qarşılaşıb. Döyüş boksçumuzun 5:0 (30:27, 30:27, 29:28, 30:27, 30:27) hesabı ilə xeyrinə bitib. Rəhimov növbəti görüşdə ilk mərhələdən azad olan Misteak Rama (Albaniya) ilə üz-üzə gələcək.
Əli Əliyev (48 kq) startda Noa Sançesi (Fransa) mübarizədən kənarlaşdırıb – 5:0 (30:27, 29:28, 29:28, 30:27, 30:27). O, 1/4 finalda İonut Madalin Çaluğarla (Rumıniya) gücünü yoxlayacaq.
Şükar Əliyev (75 kq) də komanda yoldaşlarının uğurunu təkrarlayıb. Boksçumuz Valentin Zefini (Albaniya) 5:0 (30:27, 30:26, 29:27, 30:26, 30:26) hesabı ilə məğlub edib. Əliyev 1/4 finalda Yannik Müllerlə (Almaniya) münasibətlərə aydınlıq gətirəcək.
İsmayıl Vəliyev (80 kq) isə 1/8 finalda Elvir-Aqustin Dinuya (Rumıniya) qalib gəlib. Təmsilçimiz rəqibini 5:0 (30:27, 29:25, 30:27, 29:28, 30:27) hesabı ilə məğlub edib. O, ikinci qarşılaşmasında Luis Köberi (Almaniya) sınağa çəkəcək.
Qeyd edək ki, bu boksçular 1/4 final döyüşünə dekabrın 13-də çıxacaqlar.
02:30 12.12.2025
Oxunuş sayı: 812