Futzal üzrə Yüksək Liqa: "Araz-Naxçıvan" liderə qalib gəlib
Futzal üzrə Yüksək Liqada X turun oyunları keçirilib.
Crossmedia.az xəbər verir ki, günün ilk matçında U-19 "Lənkəran" kollektivini 8:5 hesabı ilə üstələyib.
Ardınca turun mərkəzi görüşündə ölkə çempionu "Araz-Naxçıvan" lider "Neftçi" İK komandasına 5:4 hesabı ilə qalib gəlib.
Günün son qarşılaşmasında "Baku Fire" "Şuşa"dan güclü olub - 6:2.
Xal durumu: "Neftçi" İK – 25, "Araz-Naxçıvan" – 22, "Baku Fire" – 20, "Şuşa" – 12, U-19 – 6, Lənkəran – 0.
00:25 12.12.2025
Oxunuş sayı: 1046