Azərbaycan Basketbol Liqasının IX turunda "Naxçıvan" qələbə qazanıb
Azərbaycan Basketbol Liqasında IX turun daha bir oyunu keçirilib.
Crossmedia.az xəbər verir ki, B qrupunda "Sərhədçi" komandası ilə qarşılaşan "Naxçıvan" 90:74 hesablı qələbə qazanıb.
Qeyd edək ki, turun ilk matçında "Quba" "Lənkəran"ı 95:87 hesabı ilə məğlub edib. Tura dekabrın 14-də yekun vurulacaq.
22:57 11.12.2025
Oxunuş sayı: 1108